“Qalatasaray” Falkaonu göndərir

13.01.2021 17:57

Türkiyənin "Qalatasaray" klubu hücumçusu Radamel Falkao ilə yollarını ayırmaqda qərarlıdır.

XəzərXəbər apasport.az-a istinadla bildirir ki, kolumbiyalı forvardın yüksək məvacib alması "sarı-qırmızılılar"ın yeni transferlərdə əl-qolunu bağlayır.

Zədəli olduğu üçün mövsümün ilk yarısını başa vuran və müayinə üçün Madridə yollanmağa hazırlaşan 35 yaşlı oyunçu isə komandada qalmaq fikrindədir. Falkao yüksək maaşa görə ayrılmaqda maraqlı deyil. Ancaq İstanbul təmsilçisi futbolçunun meneceri Xorxe Mendeslə görüşərək, ona klub tapmağı istəyib. "Cim-bom" hətta Falkaonu havayı yola salmağa da hazırdır.

Qeyd edək ki, Radamel Falkaonun "Qalatasaray"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR