Cüneyt Arkının paylaşdığı foto izləyicilərin marağına səbəb oldu - FOTO

09.11.2020 18:08

"Yeşilçam"ın ustad aktyoru Cüneyt Arkının paylaşdığı foto izləyicilərin marağına səbəb olub.

83 yaşlı aktyor illər ərzində çəkildiyi filmlərdə baş vermiş qəzaların bədənində qoyduğu izlərin fotosunu sosial media hesabında paylaşıb.

"Çörəyimi qazanmaq üçün çox şeydən vaz keçdim. Bütün bunlar xalqımın halalı olsun”, - deyə aktyor qeyd edib.

Qeyd edək ki, məşhur aktyor indiyədək 300-dən çox filmə çəkilib./Sfera.az

© xezerxeber.az

FOTOQALERIYA






1319 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR