"VİCE news"-un müxbiri - Bərdə şəhərində raket zərbələri yaşayış evlərinə endirilib - VİDEO

30.10.2020 00:25

Azərbaycanın Bərdə şəhərinə endirilən raket zərbələrinə məruz qalan çox saylı ərazilər mülki yaşayış yerlərinə məxsus olub.

Bu barədə Azərbaycanın Bərdə şəhərinə raket hücumu barədə yerindən məlumat verən VICE News müxbiri Hind Hassan rəsmi İnstagram hesabında yazıb.

"Azərbaycanın Bərdə şəhərində raket zərbələri endirilən yerə getdik və yaralıların getirildiiyi xəstəxanada olduq. Bir adamın ayağı kəsildikdən sonra əməliyyat olunduğunu və həkimlər və tibb bacıları tərəfindən onu xilas etmək cəhdindən sonra başqa bir kişinin öldüyünü izləyən xaotik səhnələri gördük. Hər yerdə qan var idi: dəhlizlərdə və palatalarda".

Onun sözlərinə görə, xəstəxanada VICE News jurnalistləri 12 cəsədin saxlanıldığı morqa və müvəqqəti çadırlara aparıldı./trend

© xezerxeber.az


237 dəfə oxunub

XƏBƏRLƏR

24.11.2020 16:22

Xəzərdə zəlzələ oldu

ÇOX OXUNANLAR