Bakının azad edilməsindən 102 il ötür - VİDEO

15.09.2020 21:22

Bu gün, Türkiyə -Azərbaycan qardaşlığının əbədilik , sarsılmazlıq rəmzi olan günüdür. Çünki bu gün Bakının türk orudusu tərəfindən işğaldan azad edilməsinin 102-ci il dönümüdür. Tarixçilərin sözlərinə görə, Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə bir çox uğurların da təməli qoyulub. Sevindirici haldır ki, iki ölkə arasında sıx əməkdaşlıq indi də ən yüksək səviyyədə davam etdirilir.

 

 

Bu gün Bakının işğaldan azad edilməsiının 102-ci ildönümü qeyd edilir. Tarixçilərin sözlərinə görə bu şanlı tarix iki xalqın qardaşlığının ən bariz göstəricisidir. Çünki Qafqaz İslam Ordusunun yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etməsi, bu coğrafiyada tarixi köklərin qorunmasında böyük rol oyanyıb.

 

 

Qafqaz İslam ordusu Bakını işğaldan azad etmək üçün bölgələrdə bir neçə uğurlu döyüş həyata keçirib. Beləki Göyçay, Şamaxı, Hacıqabul istiqamətlərindəki uğurlu döyüşlərdən sonra Bakıya avqustun 5-də edilən ilk hücum əməliyyatı uğursuz alındı. Amma Nuru paşanın ağıllı taktikası və döyüşkən ruhlu türk ordusu tərəfindən ikinci cəhd uğurlu nəticələndi.

 

 

Türkiyə Azərbaycan dostluğunun 1918 ci ildən başlanan yolu 20-ci ilə qədər yüksələn xəttlə davam etsə də, Sovet Sosialist Respublikasının çox illik əsarəti bu əlaqələri zəiflətsə belə qopara bilmədi. Bu gün isə 15 sentyabr Türkiyə-Azərbaycan birliyinin, Türkiyə-Azərbaycan qardaşlığının əbədilik, sarsılmazlıq rəmzi kimi qeyd edilir. Bu tarix Heydər əliyevin "BİR MİLLƏT, İKİ DÖVLƏT" kəlamının fəlsəfəsini aydın əks etdirir. İki ölkə arasındakı əlaqələr bu gün ən sıx formada qurulub. Həm iki dövlət biri-birinin maraqlarını ən yaxşı şəkildə müdafiə edir və hər bir mövzuda dəstəklərini əsirgəmirlər.

 

 

2018-ci ildə Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilməsi, Prezident İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın paradda iştirak etməsi də əlaqələrin hansı səviyyədə olmasının göstəricisidir. Sonuncu Tovuz hadisləri zamanı da qardaş ölkənin Azərbaycana hər tərəfli dəstək verməsi və hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə hərbi təlimlərin keçirilməsi də birlik bağlarının nə qədər güclü olmasından xəbər verir.

 

© xezerxeber.az

FOTOQALERIYA






244 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR