İngiltərə çempionu yeni ev formasını nümayiş etdirdi - FOTO

01.08.2020 16:41

İngiltərənin "Liverpul” futbol klubu 2020-2021-ci illər mövsümü üçün ev formasını təqdim edib.

Yeni forma barədə məlumat klubun "Twitter” səhifəsində yerləşdirilib.

Məşhur "Nike” şirkətinin hazırladığı geyim dəsti ənənəvi olaraq qırmızı rəngdədir.

Qeyd edək ki, bu il "mersisaydlılar” 30 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasının qızıl medallarını qazanıblar.

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR