5 illik evlilik bitdi - "Mənim həqiqətim yanımdadır"

29.07.2020 17:46

"Çok güzel haraketler bunlar" verilişində tanış olaraq evlənən aktyor Bülent Emrah Parlak ilə aktrisa Burcu Gönder 5 illik evliliklərinə son qoyublar.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, 14 ildir münasibətdə olan cütlük bu gün razılaşma yolu ilə boşanıb.

Məhkəmə salonundan çıxarkən Bülent Emrah Parlak keçmiş həyat yoldaşını mütəmadi olaraq tənqid və təhqir etdiyi haqda çıxan xəbərləri yalanlayıb:

"Mərkəzində eşq olan münasibətimizi bitirdik. Qaranlığı məhv edən aydınlıq, iftiraları isə yox edən həqiqətdir. Mənim həqiqətim yanımdadır. Haqqımda çıxan xəbərlər əsassızdır".

Qeyd edək ki, Burcu Gönder məhkəməyə müraciət edərək, "Tək daş üzüyümü belə satdırıb, pulunu alıb. Sinir sistemində problemlərinin olduğunu yaxınları da bilir. Bu səbəbdən boşanma ərəfəsində uzaqlaşdırılma qərarının alınmasını tələb edirəm" sözlərini demişdi. Cütlüyün Lisa adlı bir qız övladı var.

© xezerxeber.az


1006 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR