Polşada etirazlar keçirilir - VİDEO

29.11.2020 10:14

Polşanın paytaxtı Varşavada abortla əlaqədar qanunvericiliyin sərtləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib.

"RİA Novosti” agentliyi xəbər verir ki, nümayişi "Qadınların Tətili”( "Strajk Kobiet”) hərəkatı təşkil edib.


Varşavanın mərkəzi hissəsinə toplanan etirazçılar "Mənim bədənim öz işimdir!”, "Qanuni abort!” həmçinin hökumət əleyhinə qeyri-etik şüarlar səsləndiriblər.

Aksiyanın baş verdiyi əraziyə polis qüvvələri cəlb edilib. Onlar nümayişçilərə qarşı güc tətbiq etməyiblər./oxu.az

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR