Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Fransa səfirliyi qarşısında aksiya keçirildi - VİDEO

26.11.2020 20:23

Fransa senatının məlum qətnaməsi hər bir azərbaycanlının hiddətinə səbəb olub. Etiraz olaraq, bu gün onlarla insan Fransa səfirliyinin qarşısına toplaşıb. Aksiya zamanı Fransa ATƏT-dən rədd ol, Qarabağ Azərbaycandır kimi şüarlar səsləndirilib.

"Fransa ədalətli ol", Fransa ATƏT-dən rədd ol!", "Beynəlxalq hüquqa hörmət elə", "Qarabağ Azərbaycandır". Bu şüarlar Fransanın Azərbaycandakı səfirliyinin qarşısında səsləndirilib.

Bu gün 40 yaxın QHT üzvləri Fransa senatının məlum qətnaməsinə etiraz olaraq səfirliyə üz tutub. Aksiya iştirakçıları ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldıraraq, hiddətlərini belə ifadə ediblər. Sonra Aksiyaçılar hazırlanmış bəyanatı oxudular.

Aksiyada həmçinin senatın bədnam qətnaməsi ləğv olunana qədər Fransa ilə bütün əlaqələrin dayandırılması tələbləri səslənib. Etirazçılar Senatın qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATəT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandıraraq, Fransanın vaxtiylə Afrikada törətdiyi soyqrım aktlarını da xatırladıblar. Daha sonra etirazçılar bəyanatı səfirliyə təqdim etmək istəyiblər.

Ancaq insan haqlarına, özünü ifadə azadlığına hörmət bəsləməsiylə öyünən ölkənin səfirliyindən nə qapını açan, nə də dınc aksiyaçıların bəyanatını qəbul edən olmayıb. Buna baxmayaq senatın qətnaməsinin ləğvinin vacibliyini özündə əks etirən bəyanatın poct vasitəsilə aidiyyatı yerlərə göndəriləcəyi bildirilib.

© xezerxeber.az

FOTOQALERIYA






345 dəfə oxunub

XƏBƏRLƏR

27.01.2021 08:58