Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

ÜST: Antibiotiklərin sərbəst satışı qadağan olunmalıdır - VİDEO

24.11.2020 20:31

Koronavirus xəstələrinin yüngül mərhələdə antibiotiklərdən istifadəsi tövsiyyə olunmur. Buna görə də aptektlərdə bu dərman vasitələrinin sərbəst satışı məhdudlaşdırılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, hazırkı statistikaya əsasən xəstəxanaya yerləşdirilən koronovirus xəstələrinin əksəriyyətinin antibiotiklərdən istifadə etdiyi məlum olur.

Ölkəmizdə COVİD-19-dan ölüm hallarının artımında ən əsas səbəb xəstənin özü tərəfindən xəstəliyin düzgün idarəolunmaması, özünümüalicənin aparılmasıdır.

Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında çıxış edən Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova belə deyib. Bildirib ki, evdə müalicə olunan koronavirus xəstələrinin sayı 30 min 787 nəfərdir. 2 min 691 nəfərə yeni diaqnoz qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki , hazırda COVİD-19-a qarşı xüsusi müalicə yoxdur. Hazırda ÜST peyvəndlərin hazırlanması və sınaqdan keçirilməsi səylərini dəyərləndirir. Hande Harmancı bildirib ki, pandemiya dövründə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığın yaranmasına səbəb ola bilər.

Yalnız ağır vəziyyətdə olan və bakterial problemli xəstələrə antibiotik dərmanlardan istifadə tövsiyə edilir. TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib ki, çox ölkələrdə antibiotiklər apteklərdə yalnız reseptlə verilir. Bizdə isə bu, açıq şəkildə satılır. Heç olmasa, addım-addım geniş spektrli antibiotiklərin reseptsiz satışına qadağanın qoyulmasına başlamalıyıq- deyə Yaqut Qarayeva qeyd edib.

© xezerxeber.az

FOTOQALERIYA






247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR