Düşmənin qurduğu bütün müdafiə infrastrukturu sıradan çıxarılıb - VİDEO

31.10.2020 20:54

Ermənistanın işğal olunmuş ərazilərdə qurduğu bütün müdafiə istehkamı, infrastrukturu sıradan çıxarılıb. Eyni zamanda Ermənistan iqtisadiyyatına ciddi zərbə dəyib.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

Vüsal Qasımlı deyib ki, bunu həzm edə bilməyən Ermənistan çıxış yolunu mülki əhaliyə hücum etməkdə görür.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın hərbi təcavüzünə cavab olaraq özünü müdafiə hüququ əsasında və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirir. Ermənistanın həyata keçirdiyi qanunsuz fəaliyyətlər nəinki Azərbaycana, eyni zamanda bütün bölgəyə ciddi təhdidi təşkil edir.

Brifinqdə çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzlərinə qarşı üç kateqoriyada cinayət işləri başlanıb.

Günay Səlimzadə onu da qeyd edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətini beynəlxalq müstəvidə bir daha sübut etmək üçün prokurorluq orqanları tərəfindən mümkün olan bütün tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






317 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR