Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub, dağıntılar var - VİDEO

31.10.2020 21:21

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında Ağcabədi rayonunun Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan atəşə tutulub. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Sakinlər Ermənistan silahlı qüvvələrinin kəndləri mütəmadi atəşə tutmasına baxmayaraq, heç nədən qorxmadıqlarını və rəşadətli ordumuza güvəndiklərini vurğulayırlar.

Ağcabədi ilə yanaşı Ağdamın da yaşayış məntəqələri gün ərzində atəşə məruz qalıb. Rayonun Xındırıstan, Əhmədağalı, Qaradağlı, Qərvənd, Çıraqlı, Çəmənli, Əfətli kəndləri, Dördyol və Təzəkənd qəsəbələri düşmənin hədəfində olub.

Atılan mərmilərin çoxu əkin sahələrinə və Çullu meşəsinə düşüb. Kəndlərə mərmilərin düşməsi nəticəsində isə bir neçə evə və təsərrüfata ziyan dəyib.

Ermənistan ordusu səhər saat 06:00 radələrində atdığı mərmilərdən biri Ağdam Mexaniki Suvarma İdarəsinin həyətinə düşüb. Nəticədə yaşıllığa və idarənin inzibati binasına zyan dəyib.

Bənzər mənzərə Tərtərdə də yaşanıb. Kəndlərin atəşə tutulması nəticəsində evlərə ciddi ziyan dəyib.

Qeyd edək ki, sözügedən hadisələr nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR