Bakı polisi reyd keçirib - VİDEO

31.10.2020 19:14

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə maska taxmayan şəxslərə qarşı reydlər keçiriblər.

Xezerxeber.az-ın məlumatına görə, reydlər ət kəsim məntəqələri, bazarlar, kafe və restoranlarda aparılıb.

Tədbirlər zamanı qaydalara əməl etməyən vətəndaşlar barəsində müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, paytaxda hər bir şəxs mövcud qayda və tələblərə əməl etməlidir. Əks halda onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə bu cür reydlər mütəmadi olaraq həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR