Prezidentin köməkçisi: Diplomatlar susanda hərbçilər danışır - VİDEO

29.10.2020 22:08

Azərbaycan ordusu böyük qələbə və böyük qayıdışın astanasındadır. Ölkəmizin tarixi günlərinin canlı şahidi və iştirakçısı oluruq. Hər bir evdə, hər ocaqda vətən sağ olsun sədası qalibiyyət nişanı Azərbaycan bayrağımız var! Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin qarşısında heç bir düşmən dayana bilməyəcək. Bu gün prezidentin Köməkçisi Hikmət Hacıyev Bərdədə olarkən belə bir açıqlama verdi- əgər kişidirlərsə döyüş meydanında ortaya çıxsınlar. Ermənistan tərəfindən səs çıxmadı. Onlar yenə də dövlət səviyəssində terroru dəstəkləyən ölkəyə xidmət etdiklərini göstərdilər. Tərtərdə diplomatların olduqları istiqamət atəşə tutuldu.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdədə olublar.Onlar dünən ermənilərin törətdiyi terror hadisəsinin nəticələrini yerində görüblər.

Onlar Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində də raket və ağır artilleriya zərbələri endirdiyi ərazilərə, mülki evlərə baş çəkərək vəziyyətlə yerində tanış olublar.Tərtərə səfər zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Yekun olaraq Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev, Baş prokuror Kamran Əliyev və Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdədə brifinq keçirib.həmin vaxt hadisə yerində olan prezidentin köməkçisi hikmət hacıyev məsələni şərh edərək bildirib ki, bird aha ermənnistan silahlı qüvvələri bununla hansı əmələ sahib olduqlarını açıq aydın ortaya qoyublar.
Bərdə və Tərtər şəhərində törədilmiş cinayətlər bir faktdır. Bizim əsas missiyamız prokurorluq orqanları olaraq, baş vermiş cinayət hadisələrini sənədləşdirmək, prosessual qaydada sübutları toplamaqdır". Bunu Baş Prokuror Kamran Əliyev deyib.

Sonunda Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vurgulayıb ki,"Bu eskalasiyanın səbəblərindən biri də qeyri-effektiv danışıqlar prosesidir. Nə zaman ki, diplomatlar danışmır, o zaman hərbçilər danışır".Onun sözlərinə görə, burada birinci olaraq məsuliyyət əlbəttə ki, Ermənistanın üzərinə düşür.

© xezerxeber.az

FOTOQALERIYA






185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR