Putindən Qarabağla bağlı AÇIQLAMA - VİDEO

29.10.2020 21:18

Rusiya prezidenti Vladimir Putindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama gəlib. "Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var".

"Azərbaycan nə deyir? onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var". Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, hər kəsin öz həqiqəti olduğunu bildirib: "Burda sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik. Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın.

On illərlə davam edən münaqişə , tərəflərin effektiv inkişafına imkan vermir. İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır. Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi avropa ölkələrinin iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar", - Rusiya lideri belə vurğulayıb.

Putinin çıxışı göstərdi ki, Rusiya münaqişənin həllində əvvəl olduğu kimi bitərəfliliyini, balanslı mövqeyini qoruyub saxlayır; Rusiya Azərbaycan topraqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır; Putinin çıxışı nümayiş etdirdi ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb və Ermənistanın daxili auditoriyanı aldatmağa hesablanmış bu ümidləri boşa çıxıb; Artıq status kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir; Putinin səsləndirdiyi "5+2 formatı" əvvəllər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapmışdı. Azərbaycan bu planın böyük bir qismini özü təmin edib; Putin D.Qarabağa hər hansı statusunun verilməsi barədə deyil, Dağlıq Qarabağda müəyyən bir rejimin tətbiq olunması barədə fikir bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR