Bu gün Zəngilanın işğalından 27 il ötmədi - VİDEO

29.10.2020 21:56

Bir insan ömrünə min həsrət sığar, amma vətən həsrətinə bir ömür dözmək olmaz. Elə biz də dözmədik. Əsgərimizin ayağı illərdir bizdən qoparılan vətən torpağına dəydi. Və nə xoş halımıza ki, bu gün 27 il tariximizə qara hərflərlə yazılan o tarixdən, 1993-cü ilin 29 oktyabr tarixindən 27 il ötmür!

Mənim ordum, mənim əsgərim, mənim tariximin şanlı səhifəsini yazır. İndi 27 il bundan əvvəl öz yurd-yuvasından didərgin düşməyə məcbur olan heç bir zəngilanlı bu günü işğal günü kimi qeyd etməyəcək. Çünki, 29 oktyabr artıq Zəngilanın işğal günü deyil!

Bir ziyalının ifadəsiydi, o deyirdi ki, "mən kimsə bu dünyadan köçəndə həm də ona görə kədərlənirəm ki, o adam Qarabağı görmədən getdi". Ötən ilin bugünkü tarixini şəhər sakinlərindən soruşduq:

Mikrofonumuzu əslən Zəngilandan olan tanınmış telejurnalist Qulu Məhərrəmliyə də tutduq. Deyir ki, bu tarixə qədər zəngilanlılar 29 oktyabr günü Şəhidlər xiyabanına toplaşırdılar. Orda hamı bir-birinə təsəlli verirdi. Amma görünür, bu insanların taleyində bu günü görmək də varıymış.

Telejurnalist deyir ki, işğal tarixi bizim torpaqlarımızın daş yaddaşına əbədi həkk olunsa da, bundan sonra 29 oktyabr sadəcə dərsliklərdə xatırlanacaq. İndi Zəngilanın 20 oktyabr 2020-ci il kimi şanlı bir tarixi var.

Biz də təbrik edirik! Bu tarixi öz qanıyla silən müzəffər ordumuza, səbirlə, inamla bu günü gözləyən xalqımıza, bir yumruq kimi birləşib Vətənin daşına dönən hər kəsə Zəngilanın işğalından ötməyən 27 il şərəfinə təşəkkür edirik! Qələbəmiz daim olsun!

© xezerxeber.az

FOTOQALERIYA






181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR