Bərdədə yaralanan şəxslərin vəziyyəti necədir? - VİDEO

29.10.2020 21:47

Dünən Bərdənin raket atəşinə tutulması nəticəsində hər bir azərbaycanlı bir yara payı aldı. O terrorda dünyasını dəyişənlər təkcə bir evin bir ailənin yox bir xalqın doğmaları idi . Azərbaycanlılar Bərdədə baş verən terroru dünyaya çatdırmaq üçün əl-ələ verdi. Dünyanın baş verənlərə susmaması ilə bərabər hamımızın daha bir istəyi də var. Xəstəxanada müalicə alanların tezliklə sağlamlığına qovuşmasıdır.

 

 

Bu şəxslər Ermənistan Silahlı Qüvvələri tərəfindən dünən Bərdədə törədilmiş terrorun zərərçəkmişləridir. Bir neçə saniyə içərisində bir qismi yaxınlarını itirdi, bəziləri isə sağlamlıqlarından oldu.

 

Erməni vəhşiliyi nəticəsində Bərdə rayonunda yaşayan dinc sakinlər arasında ölən və yaralananlar oldu. Yaralıların müxtəlif xəstəxanalarda müayinə və müalicələri davam edir.

 

Xəstəxanada müalicə alan yaralıların bir çoxu hələ də hadisənin şokundan çıxmadıqlarını bildirir.

 

Bu 16 yaşlı gənc isə 2 fərqli yerdə qəlpə yaraları alıb. Başlarına gələnlərə baxmayaraq, bu xəstələrin hər biri ordumuza güvəndiklərini deyir. Həkimlərin sözlərinə görə, yaralılardan vəziyyəti stabilləşənlər artıq evə buraxılıb.

 

 

Qeyd edək ki, dünən Bərdədə baş verən terrorda 70-dən çox insan yaralanıb

© xezerxeber.az

FOTOQALERIYA






166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR