Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"F-16" qırıcıları düşməni niyə bu qədər narahat edir? - VİDEO

29.10.2020 20:37

Döyüşlər başlayan gündən indiyədək Ermənistan və onun havadarları dəfələrlə Azərbaycanda "F-16" qırıcı təyyarələrinin olmasından narahatlığını ifadə edən açıqlamalar verirlər. İddia edirlər ki, guya Azərbaycan torpaqların işğaldan azad edilməsində həmin "F-16"lardan istifadə edir. Ancaq bu iddia dəfələrlə yüksək səviyyədə təkzib olunub. Bəs "F-16" qırıcıları düşməni və onların havadarlarını niyə bu qədər narahat edir? Mövzunu əməkdaşımız hərbi ekspertlə davam etdirib.

 

Döyüş meydanında uduzan Ermənistan F-16 təyyarələri ilə bağlı iddialar ortaya atmaqla münaqişəyə başqa ölkələri cəlb etmək istəyir.

 

Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən düşmən və onu silah-sursatla təmin edən havadarları Azərbaycana təlim vaxtı gətirilən və bu günə qədər istifadə edilməyən Türkiyənin F-16 təyyarələrdən narahatdırlar. Bunu işğalçı ölkə rəhbərliyinin, eləcə də havadarlarının səsləndirdikləri bəyanatlardan, habelə Ermənistanın təbliğat maşınında tez-tez dərc edilən təxribat xarakterli xəbərlərdən də aydın görmək olur. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyir ki, düşmənin bu təşvişi başadüşüləndir. Çünki Paşinyan rejimi bu yolla ölkə ictimaiyyətinin diqqətini məğlubiyyətdən təxribatlara yönəltmək istəyir.

 

Ekspert deyir ki, Ermənistan rəhbərliyinin əsas məqsədi bu cür absurd iddiaları tez-tez ortaya atmaqla 3-cü ölkələri münaqişəyə cəlb etməkdir.

 

Ümumiyyətlə bu təyyarələr Ermənistan üçün qorxulu kabusdur. Çünki arsenallarındakı hava hücumundan müdafiə sistemləri F-16-ları zərərsizləşdirməkdə acizdir.

 

Üzeyir Cəfərov deyir ki, Azərbayan pilotlarının döyüş bacarıqları da düşməni vahiməyə salan vacib amillərdəndir.

© xezerxeber.az

FOTOQALERIYA






183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR