Rayonda dələduzluq edən qadın tutuldu - VİDEO

08.08.2020 20:16

Bərdədə kompüter oyunları salonundan oğurluq edilib. Obyektin plazma televizorlar və oyun aparatları oğurlanıb. İmişlidə isə dələduzluqla məşğul olan qadın saxlanıb.

Kompüter oyunları salonundan avadanlıqlar oğurlanıb.

Hadisə Bərdənin Hacalı kəndində baş verib. Kənd sakini İlkin Novruzova məxsus obyektə daxil olan naməlum şəxs və ya şəxslər oradan 4 ədəd plazma televizor və 4 ədəd oyun aparatlarını oğurlayıblar. Obyektin içərisindəki pərdələr də sökülərək yararsız vəziyyətə salınıb. Obyekt sahibinin sözlərinə gör, karantin dövrü olduğundan oyun salonu işləməyib. Amma özləri daim obyektə nəzarət ediblər. Hadisə baş verən gecə də övladları oraya baxış keçirib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə də məlumat verilib və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İmişlidə isə dələduzluqla məşğul olan qadın saxlanıb. Bir neçə nəfər rayon sakini aldadılmaları barədə polis şöbəsinə müraciət edib. Keçirilən əməliyat-axtarış tədbirləri zamanı rayon sakini Sevda Quliyeva polis əməkdaşları tərəfində saxlanıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanan şəxs rayon sakinlərindən birinə yalan vədlər verərək onun 2000 manat pulunu ələ keçirib. Həmçinin, başqa bir sakini aldadaraq 9000 manat dəyərində 108 qram çəkidə qızıl zinət əşyaları alaraq dələduzluq edib. İstintaq zamanı Sevda Quliyevanın bu kimi başqa dələduzluq əməlləri də ortaya çıxıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

© xezerxeber.az


498 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR