Büdcə zərfi parlamentdən keçdi - VİDEO

07.08.2020 20:48

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Parlamentin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı bağlı elan edib. Spiker bildirib ki, parlament üç gün ərzində səmərəli işləyib, 6 qanun qəbul edilib.

Milli məclisin növbədənkənar sessiyası üç iclasdan sonra yekunlaşıb.Sessiyada 2020-ci il dövlət büdcəsinə və digər qanunlara dəyişikliklər qəbul edilib. 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 ABŞ dollarından hesablanıb. Milli Məclisdə müzakirə edilən büdcənin dürüstləşməsində əsas məqsədlərdən biri də sosial xərclərin ixtisar edilməməsindən ibarətdir. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili dövlət büdcəsi xərclərinin 600 milyon manata qədər artırmasının da proqnozlaşdırldığını vurğulayıb.

"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qəbul edilən qanuna əsasən, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılıb. Qanunda İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilib.

Millət vəkili Fazil Mustafa isə yeni iş yerlərinin yaradılması ilə bağlı problemlərdən danışıb. O, bu məsələdə dövlət tərəfindən maliyyələşən lakin dövlət büdcəsinə heçbir xeyri olmayan şirkətlərin özəlləşdirilməsini təklif edib.

Millət vəkili Soltan Məmmədov koronavirusa qarşı görülən işlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır.

Deputat Razi Nurullayev qazlaşmada olan probelmləri diqqətə çatdırıb. O bildirib ki, İmişlinin 10 kəndi hələ də qazlaşmayıb. Bununla yanaşı deputat Azərbaycan vətəndaşlarının təyyarə ilə xaricə Gürcüstandan uçmasına da irad bildirib.

2020 ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi haqqqında qanun layihəsi 3-cüvə yekun oxunuşda qəbul edilib və millət vəkilləri istirahətə yollanıb.

© xezerxeber.az


323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR