Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Lavrov Azərbaycan Prezidenti ilə görüşün nəticələrindən danışıb

21.11.2020 19:15

Bakıda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Prezidentİlham Əliyevlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, görüş iştirakçıları Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaya alternativin olmadığını təsdiqləyiblər.

Xəbəri "RİA Novosti” agentliyi yayıb.

"Müzakirələrdə idarələrarası orqanların nümayəndə heyəti formatında və daha sonra kiçik formatda əlavə məsləhətləşmələr aparıldı. Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistanın 9 noyabrda əldə etdiyi razılaşmanın aktuallığı və alternativsizliyinitamamilə təsdiqləyib”, - S.Lavrov jurnalistlərə bildirib.

Rusiyalı diplomat əlavə edib ki, bu razılaşma qan tökülməsini dayandırdı və Dağlıq Qarabağ ətrafında vəziyyətin uzunmüddətli nizama salınmasının əsasını qoydu.

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR