Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Türkiyə bayrağına büründü - FOTOLAR

29.10.2020 22:14

Türkiyənin Respublika Günü münasibətilə BakıOlimpiya Stadionu və Heydər Əliyev Mərkəzi qardaş ölkənin bayrağı şəklində işıqlandırılıb.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "Facebook” hesabında paylaşım edilib.
"Cümhuriyyət Bayramımız münasibətilə bu gün Bakı Olimpiya Stadionunda bayrağımız təsvir olunub. Təşəkkürlər Azərbaycan!”, - səfirlikdən bildirilib.

Heydər Əliyev Mərkəzi ilə bağlı görüntüləri isə Türkiyənin NTV portalı paylaşıb.

© xezerxeber.az


230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR