Pompeo İranı ittiham etdi, qarşı tərəfin cavab gecikmədi

13.01.2021 09:04

"İran Əl-Qaidə terror qruplaşması üçün yeni bir bazaya çevrilib”.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Vaşinqtonun Milli Mətbuat Klubunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O bildirib ki, hazırda terrorizmə sponsorluq edən ən böyük ölkə olan İran İslam Respublikası terror ortağı Əl-Qaidənin vətəninə çevrilib. "Bu, Amerikanın kontinental hissəsi də daxil olmaqla, ciddi bir təhlükə yaradır. Deyərdim, İran əslində Əl-Qaidənin fəaliyyətinin yeni coğrafi mərkəzi olaraq yeni Əfqanıstan olub, amma əslində vəziyyət daha pisdir. Əl-Qaidənin dağlarda gizləndiyi Əfqanıstandan fərqli olaraq, indi İran rejiminin möhkəm pərdəsi altında fəaliyyət göstərir”

Diplomat əlavə edib ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif  isə ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Tehrana qarşı Əl-Qaidə terror qruplaşması ilə bağlı səsləndirdiyi ittihamları uydurma adlandırıb.

Cavad Zərif bu barədə "Twitter” hesabında yazıb.

© xezerxeber.az


281 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR