Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Əsgər ona ayrılan pulu şəhid ailəsinə bağışladı - FOTO

08.01.2021 12:02

Bu günlərdə ordu sıralarından tərxis olunaraq evinə qayıdan Ağsu rayon sakini Kamran İsrayılovu yaxından tanıyaq.

Müharibənin ilk günlərində əsgərlərimizə dəstək üçün ön cəbhədə olan Kamrana oktyabrın 4-də döyüşlərdə iştirak etmək üçün çağırış gəlib. O, bu dəfə mülki şəxs kimi deyil, hərbi qulluqçu kimi ön cəbhəyə yola düşüb.

44 günlük şanlı döyüş günlərində komandirləri tərəfindən verilən əmr və tapşırıqları uğurla yerinə yetirən əsgərimiz, müharibə bitdikdən sonra atdığı addımla da nümunə olub.

Kamran müxbirimizlə söhbətində deyib: "Qismən səfərbərlik zamanı ordu sıralarına çağırılan hərbi qulluqçulara dövlət tərəfindən pul ayrılıb. Özümə borc bildim ki, mənə ayrılan 1044 manat məbləği iki şəhid qardaşımızın ailəsinə verim. Düzdür, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə dəstək göstərilir. Amma Azərbaycan vətəndaşı olaraq özümə borc bildim ki, bu ailələrə az da olsa, mənim də köməyim dəysin”.

2016-cı ilin Aprel, eləcə də 44 günlük Vətən müharibəsində iştirak edən qazimiz Elçin Əliyev isə deyir ki, Kamran kimi qeyrətli oğullarımızın belə əməlləri hər kəsə örnək olmalıdır. Şəhidlərimiz heç zaman unudulmamalı, onlar daim xatırlanmalı, yad edilməlidirlər. Qazilərimizə isə Allahdan tezliklə şəfa tapmalarını diləyirəm. Biz torpaqlarımızı bu oğlanların sayəsində işğaldan azad etdik. İnşallah, Qarabağımız yenidən qurulacaq, köçkünlərimiz doğma yurdlarına qayıdacaqlar. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






424 dəfə oxunub

XƏBƏRLƏR

26.01.2021 09:46

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR