Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Erməni generaldan şok etiraf: Döyüşlərdə 10 min erməni əsgər və zabit...

17.11.2020 10:56

Qarabağdakı döyüşlərdə on min erməni zabit və əsgər fərarilik edərək mövqelərini tərk ediblər, qaçıblar. Bu halları diqqətsiz qoymaq olmaz, çünki çox təhlükəli presedentə çevrilə bilərlər.

Bunu Ermənistan Silahlı Qüvvələrinin Qərargah rəisinin sabiq müavini, ölkənin keçmiş baş hərbi komissarı, general-mayor Levon Stepanyan Sputnik Armenia-nın efirində deyib.

"Döyüş mövqelərini atıb qaçan çoxsaylı fərarilərimizin olduğunu Qarabağda hərbi əməliyyatların iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyirlər. Belə şəraitdə nə etməliyik? Təbii ki, kimsəni bağışlamaq olmaz. Digər tərəfdən, bu qədər insanı cinayət məsuliyyətinə cəlb etmək də mümkün deyil. Onları həbs etmək olmayacaq. Deməli, alternativ cəza yolları tapılmalıdır. Hakimiyyət bu hallara indi göz yumarsa, sonrası pis olacaq", - L.Stepanyan söyləyib.

Stepanyanın sözlərinə görə, fərarilərə hamilik edənləri, onların cinayətlərini ört-basdır edənləri də cəzalandırmaq gərəkdir.

Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyan da ermənilərin döyüşlərdə kütləvi şəkildə fərarilik etdiklərin söyləmişdi.

Noyabrın 11-də o, Facebook-dakı canlı yayımda demişdi: "Əgər kimisə satqınlıqda suçlamaq gərəkdirsə, onda bütün erməni xalqı ittiham olunmalıdır. Döyüşlərdə bəzi hissələr və birləşmələr sursat çatışmazlığını bəhanə edərək qaçdılar. Bəzi birləşmələr ön səngərlərdə yer tutmaqdan boyun qaçırdılar"./Milli.Az

© xezerxeber.az


2856 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR