Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib - VİDEO

31.10.2020 19:09

Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib. Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün "Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib.
Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.


© xezerxeber.az

FOTOQALERIYA






1783 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR