Mingəçevirdə qadın qonşusunu bıçaqlayıb - YENİLƏNİB

13.09.2020 12:38

Mingəçevirdə yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadının adı bəlli olub.

Bu Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır.

Qeyd edək ki, o, kəlbəcərli, 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlunu döş qəfəsindən bıçaqlamaqda şübhəli bilinir.

11:03

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.

Hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.

Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






1274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR