Bakıda məşhur restorana polis basqını - Kriminal aləmin "sxodka"sı baş tutmadı - YNEİLƏNDİ

18.08.2020 15:32

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyatı hansı obyektdə keçirdiyi məlum olub.

Əməliyyat Xətai rayonundakı "Qarabağ" restoranında keçirilib.

Restoran rəhbərliyinin karantin qaydalarını pozduğuna görə cərimələnəcəyi gözlənilir.(Report)

*****

Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.

XəzərXəbər qafqazinfo-yaa istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib.

Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Məsələ ilə əlaqədar DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report”un sorğusuna cavab olaraq bildirib ki, əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

© xezerxeber.az


2779 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR