Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur

31.07.2020 16:14

"Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib: "Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar verildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”.

© xezerxeber.az


407 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR