Kardi B azərbaycanlılardan üzr istədi - FOTO

07.10.2020 11:08

Dünyaca məşhur repçi Kardi B paylaşımına görə azərbaycanlılardan üzr istəyib.

Bu barədə ifaçı sosial şəbəkə hesabında məlumat yayıb. O rəsmi tvitter hesabında araşdırma aparmadan Ermənistana dəstək olduğunu etiraf edib.

Repçi paylaşımdan sonra səhifəsində xeyli sayda şərh yazıldığını, terrora dəstəkdə ittiham olunduğunu vurğulayıb.

Kardi açıqlamasını "Çox üzr istəyirəm, biz araşdırmadıq” başlığı ilə yayıb. Repçi daha sonra Nigar Xəlilova adlı istifadəçinin "onlayn təhsillə tarix öyrənir! Kardi B terrorizmi dəstəkləyir” tvitinə cavab verib:

"Mən terrorizmi dəstəkləmirəm. Mən yalnız dostuma görə paylaşım etdim. Heç bir araşdırma etmədən. Buna görə üzr istəyirəm.

Müharibəni sevmirəm. İki ölkə arasındakı münaqişələri sevmirəm, çünki günahsız insanlar ziyan çəkir, buna nifrət edirəm”.

BAKU.WS

© xezerxeber.az


1543 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR