Putin dolların taleyinin necə olacağından danışdı

29.10.2020 18:48

Rusiya dövlət başçısı Vladimir Putin "ABŞ-ın növbəti prezident seçkilərində Demokrat namizəd Co Baydenin qalib gələcəyi təqdirdə Amerika valyutasını nə gözləyir?” sualına cavab verib.

Putinə görə, dollarla bağlı vəziyyət dəyişməz qalacaq.

Onun fikrincə, hazırkı prezident Donald Trampın siyasi kursu da hər kəsə məlumdur.

Putin ABŞ-ın dövlət borcunun hazırda rekord səviyyədə olduğunu qeyd edib. Kremlin sahibi, eyni zamanda əlavə edib ki, çox şey sosial baxımdan faydalı olan proqramların həyata keçirilməsindən asılı olacaq.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçiriləcək./konkret.az

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR